• cümə, 26 Aprel, 07:39
  • Baku Bakı 12°C

“Rusiya OPEK+ qərarını may və iyun ayında 100 faiz icra edəcək”

25.05.18 14:11 578
“Rusiya OPEK+ qərarını may və iyun ayında 100 faiz icra edəcək”
"Rusiya neft hasilatının azaldılması ilə bağlı OPEK+ qərarını may və iyun ayında 100 faiz icra edəcək". APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak Sankt-Peterburq beynəlxalq İqtisadiyyat Forumunda keçirilən "Enerji paneli” sessiyasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın may və iyun aylarında neft hasilatının həcmi ilə bağlı yeni qərarı hələlik yoxdur: "Biz OPEK+ qərarını 100 faiz icra edəcəyik".
Rusiyalı nazir 2018-ci il üçün neftin qiyməti ilə bağlı proqnozunu da verib. Onun fikrincə, bu il neftin orta qiyməti 60 dollardan yuxarı olacaq: "Hazırkı qiymətlərin yüksək olduğunu nəzərə alsaq, bu il ərzində neftin orta qiymətinin 60 dollardan yuxarı olacağını söyləmək olar".
banner

Oxşar Xəbərlər