• çərşənbə, 22 Yanvar, 15:38
  • Baku Bakı 9°C

RF Dövlət Dumasının deputatı: Rus kilsəsinin işğalı islaholunmaz rusofobiyanın dəhşətli təzahürüdür

20.02.21 15:45 431
RF Dövlət Dumasının deputatı: Rus kilsəsinin işğalı islaholunmaz rusofobiyanın dəhşətli təzahürüdür
RF Dövlət Dumasının deputatı, "Rodina” Partiyasının sədri Aleksey Juravlyov Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalı dövründə Şuşa şəhərində rus pravoslav kilsəsinin memarlıq üslubunun erməniləşdirilməsini rusofobiyanın təzahürü hesab edir.
"Rus kilsəsinin işğalı, mənəvi dəyərlərə hücum - ən islaholunmaz rusofobiyanın dəhşətli təzahürüdür. Azərbaycan tərəfinin ərazilərin azad edilməsi səyləri (...) hər cür hörmətə layiqdir!”, - Juravlyov özünün Facebook səhifəsində yazıb.
Söhbət Şuşa şəhərində yerləşən kiçik Müqəddəs İohann rus kilsəsindən gedir. 1992-ci ildə Şuşa şəhəri işğal olunandan sonra Ermənistan bu kilsəni erməni kilsəsi elan etdi.
O cümlədən, rusiyalı parlamentari öz postunda Şuşanın erməni işğalından əvvəl və sonra məbədin erməniləşdirilməsi məqsədilə həyata keçirilən bütün dəyişikliklərin əks olunduğu həmin kilsənin fotolarını dərc edib.
Köhnə fotoda bu kilsənin 19-cu əsrdən etibarən şəhərin ermənilər tərəfindən işğalına qədər necə olduğu aydın şəkildə görünür. Rus pravoslav memarlığının elementləri də aydın formada görünür – günbəz və zəng qülləsi, bu da erməni memarlıq ənənələrinə ziddir. Növbəti fotoda isə kilsənin bugünkü görünüşü yer alır: 19-cu əsrin günbəzi qəribə şəkildə yox olub, onun yerində isə tipik erməni konusu meydana gəlib. Əlbəttə ki, bütün bunları ermənilər edərkən əmin idilər ki, Qarabağın işğalı daimi olacaq və bu cinayət barədə heç kəs heç zaman xəbər tutmayacaq.
Beləliklə, Juravlyovun dərc etdiyi fotolar Şuşa şəhərində Müqəddəs İohann rus kilsəsinin ermənilər tərəfindən oğurlanaraq ona Erməni Apostol Kilsəsi tərəfindən "Xanaç jam” "yeni” adın verilməsi ilə bağlı faktiki olaraq ittihamdır.
Postun sonunda Rizvan Hüseynovun bu tarix ilə əlaqədar linki qeyd olunub.
Azərbaycan prezidenti İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi barədə elan edib.
banner

Oxşar Xəbərlər