• cümə, 26 Aprel, 23:00
  • Baku Bakı 22°C

Rəsmi Bağdad Kərkük-Ceyhan boru kəməri ilə neft ixracını artıracaq

22.11.18 14:30 507
Rəsmi Bağdad Kərkük-Ceyhan boru kəməri ilə neft ixracını artıracaq
İraq hökuməti Kərkük-Ceyhan boru kəməri ilə xam neftin ixracını artırmağı nəzərdə tutur.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İraqın Baş naziri Adil Abdulmehdi deyib. O bildirib ki, Kərkükdən Ceyhan limanına göndərilən neftin həcmi gündəlik 100 min barrelə çatacaq. Hazırda kəmərlə neft ixracı sutkada 60 min barreldir.
Baş nazir neft gəlirlərinin ölkə büdcəsinin əhəmiyyətli bir hissəsi olduğunu vurğulayıb.
Xatırladaq ki, noyabrın 15-də Kərkük-Ceyhan boru kəməri ilə neft ixracı bərpa olunub. Bir müddət İŞİD terrorçu qruplaşmasının, sonra İraq Kürd rəhbərliyinin hərbi birləşmələrinin təsirində olan Kərkük bölgəsinə hazırda İraq ordusu nəzarət edir.
banner

Oxşar Xəbərlər