• cümə, 29 Mart, 00:01
  • Baku Bakı 7°C

Rəqsanə: “Prezidentin mahnımı oxuması mənə şərəfdir”

09.01.14 17:55 1729
Rəqsanə: “Prezidentin mahnımı oxuması mənə şərəfdir”
Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhəmmədovun Rəqsanə İsmayılovanın “İnanınmı” mahnısını ifa etməsi rezonans doğurub. Lent.az-a açıqlama verən Rəqsanə bildirib ki, bu onun üçün yeni il hədiyyəsi olub: “Mənim üçün əsl sürpriz oldu. Ötən ilin son günləri açıqlama vermişdim ki, 2014-cü il mənim ilim olacaq. Türkmənistan prezidentinin mahnımı oxuması mənim üçün şərəfdir. Bu, Azərbaycan şou-biznesində öz dəsti-xəttimin olmağı deməkdir. Ölkə rəhbəri yəqin, mənim ifamı eşidib, bəyənib ki, oxuyub. Bununla ancaq fəxr etmək lazımdır”.
banner

Oxşar Xəbərlər