• cümə, 26 Aprel, 08:39
  • Baku Bakı 12°C

Region gəncləri insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirilirlər

21.11.20 15:05 447
Region gəncləri insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirilirlər
Region gəncləri insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirilirlər
"Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi (İB) Azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının maliyyә yardımı ilә "Gənclər arasında İnsan alverinə qarşı mübarizə mövzusunda onlayn seminarların keçirilməsi" adlı layihәnin icrasını uğurla başa çatdırıb. Oğuz və Qəbələ rayonunda reallaşan layihә iyul ayının 5-dən etibarәn hәyata keçirilib vә 4 ay müddәtindә davam edib.
Layihənin icrası gənclərin insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirlərinin onlayn təşkilini nəzərdə tutub.Təşkilat bu məqsədlə yüksək ixtisaslı ekspertləri layihənin icrasına cəlb edərək ölkənin şimal-qərb bölgəsindəki Oğuz və Qəbələ rayonlarda gənclərlə görüşlər keçirib, məlumatlandırma və maarifləndirmə xarakterli seminarları təşkil edib.
banner

Oxşar Xəbərlər