“Rahibənin lənəti” premyeradan 2 gün öncə “CinemaPlus”da
21.09.18 15:42
1224
Bakı, 21 sentyabr: "Gənclik
Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında premyeradan 2 gün öncə
Dolby Atmos formatında "Rahibənin lənəti” dəhşət filminin nümayişi keçirilmişdir.
"Rahibənin lənəti” özünü çoxlu sayda pisliklər ilə
bürüyür, bu səbəbdən dəhşətli abstraksiyanın lap kənarında yerləşir.
Kinoteatrda filmdə
istifadə olunan orjinal dekorasiya ilə bəzədilmiş dəhşət mühiti hökm sürürdü. Həmçinin
musiqi, furşet və içkilər var idi.
Dəhşət filminin
rejissoru Korin Hardidir. Aktyor heyətinə Taissa Farmiqa, Şarlott Houp, Bonni
Aarons, Conni Koyn, İnqrid Bisu və başqaları daxildir.
Film haqqında qısaca olaraq: Rumıniyada sakit bir yerdə yerləşən kilsədə
cavan rabihə intihar etdikdən sonra, Vatikan hadisəni araşdırmaq üçün naməlum
keçmişi olan keşiş və geriyə dönüşü olmayan əhdlər edən təzə rahibəni göndərir.
Təkcə həyatları deyil, həm də, inancları və öz ruhları ilə risk edən
araşdırmaçılar şeytan rahibə cildinə girmiş qəzəbli güc ilə rastlaşırlar. Kilsə
isə sağ və lənətlənmişlər arasında dəhşətli döyüş meydanına çevrilir.
Qeyd edək ki, tədbirin təşkilinə Portal
Games, Burger Bomb, Ganja Sharab, "Banketnaya” araqları və "Gala” şərablarıdəstək
olublar.
"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər
zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar
ilə sevindirməyə hazırdır!