• cümə, 26 Aprel, 19:34
  • Baku Bakı 22°C

Qubernator: "Azərbaycan Stavropolun ikinci ən böyük ticarət tərəfdaşıdır"

06.04.17 15:40 632
Qubernator: "Azərbaycan Stavropolun ikinci ən böyük ticarət tərəfdaşıdır"
"Biz Azərbaycanla əməkdaşlıqda çox maraqlıyıq. Azərbaycan Çindən sonra Stavropol vilayətinin ən böyük ticarət tərəfdaşıdır”.
Bu sözləriAPA-ya açıqlamasında Bakıda keçirilən XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə qatılan Rusiyanın Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov deyib. O, sərgidə Stavropol vilayətindəki sanatoriyaların təqdim edildiyini bildirib: "Çox istəyirik ki, azərbaycanlılar gəlib orada istirahət etsinlər. Eyni zamanda, bizimlə birlikdə tur operatorları da Azərbaycana gəlib. Biz, eyni zamanda, Stavropol sakinlərinin gəlib Qəbələdə, Naftalanda istirahət etmələrini də istəyirik. Əməkdaşlıq etdiyimiz digər sahə taxıl satışıdır. Azərbaycan dinamik şəkildə inkişaf edir. İranla Azərbaycanı bağlayan dəmir yolu xətti tikilir. Biz öz taxılımızın ixracı və tranziti üçün bu marşrutda çox maraqlıyıq. Ola bilər ki, bu, sonra Hindistana da çıxış xətti ola bilər. Bu barədə danışıqlar aparmışıq. Ümid edirəm ki, razılaşmalarımız həyata keçiriləcək və biz bu xətlə İrana taxıl ixrac edə biləcəyik. Əməkdaşlığımızın digər bir sahəsi də mədəniyyətdir. Dil baryerinin olmaması bizə Azərbaycanda çox kömək edir. Mədəniyyət mübadiləsi bizim üçün çox vacibdir”.
banner

Oxşar Xəbərlər