• şənbə, 27 Aprel, 04:11
  • Baku Bakı 14°C

Qorunan bank əmanətinin maksimal limitini artırıla bilər

27.11.13 14:06 1141
Qorunan bank əmanətinin maksimal limitini artırıla bilər
Yaxın vaxtlarda Azərbaycanda Rəqabət Məcəlləsinin layihəsi parlamentin müzakirəsinə çıxarılacaq.
«APA-Economics»in məlumatına görə, bunu Xəzər Avropa Klubunda iş adamları ilə keçirilən görüşdə Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda son bir ildə bir çox iqtisadi qanunlar parlamentin müzakirəsinə çıxarılıb. Millət vəkili deyib ki, onların bəziləri parlamentin komitələrində artıq müzakirə edilib.
Z.Səmədzadə əhalinin banklarda əmanətlərin qorunması mövzusuna da toxunub. O bildirib ki, Azərbaycanda bank əmanətlərinin həcmi sürətlə artır: «Qorunan əmanətin maksimal məbləği artıq 30 min manata çatdırılıb və yaxın vaxtlarda bu, 50 min manata çatdırılacaq».
banner

Oxşar Xəbərlər