QMİ sədri dindarlara başqa ölkələrdə baş verənlərlə bağlı fikir bildirməyi qadağan edib

QMİ sədri dindarlara başqa ölkələrdə baş verənlərlə bağlı fikir bildirməyi qadağan edib

Cəmiyyət
24 May 2017, 12:55 758
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, digər din xadimlərinə çıxış və xütbələrində başqa ölkələrdə baş verən hadisələrə toxunmamaqla bağlı xəbərdarlıq edib.
 
APA-nın məlumatına görə, şeyxülislam bu gün QMİ-də keçirilən tədbirdə din xadimlərinə istər mətbuata açıqlamalarda, istərsə də xütbələrdə Azərbaycandan başqa, digər ölkələrdəki hər hansı problem barədə danışmamaq tapşırığını verdiyini bildirib.
 
O qeyd edib ki, bundan sonra din xadimləri bu məsələdə qəti diqqətli olmalıdırlar: "Tapşırmışam ki, ancaq Azərbaycanda baş verənlərlə bağlı danışsınlar, fikirlərini bildirsinlər, başqa ölkələrin işinə qarışmasınlar. Ümumiyyətlə, dindarlar özbaşına bəyanat verməsinlər”.