• şənbə, 27 Aprel, 01:18
  • Baku Bakı 14°C

Qida məhsullarının istehsalı 3,6 faiz artıb

20.11.16 13:48 1075
Qida məhsullarının istehsalı 3,6 faiz artıb
Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3,6 faiz artım, tütün məmulatlarının istehsalında 16,4 faiz, içki istehsalında isə 13,6 faiz azalma müşahidə olunub.
Bu barədəAZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib.
Sözügedən sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 2,1 faiz artaraq 41,2 min ton, marqarin istehsalı 75,4 faiz artaraq 37,1 min ton, kərə yağı istehsalı 7,4 faiz artaraq 21,2 min ton, qənd istehsalı 17,7 faiz artaraq 356,6 min ton, mineral suların istehsalı 2,1 dəfə artaraq 12,3 milyon dekalitr, alkoqolsuz içkilərin istehsalı isə 26,9 faiz azalaraq 16,5 milyon dekalitr təşkil edib.
banner

Oxşar Xəbərlər