• cümə, 26 Aprel, 10:58
  • Baku Bakı 12°C

“Qəzvin-Rəşt-Astara” dəmir yolunun tikintisi sürətləndiriləcək - Razılaşma

07.08.14 11:51 1582
“Qəzvin-Rəşt-Astara” dəmir yolunun tikintisi sürətləndiriləcək - Razılaşma
“APA-Economics”in məlumatına görə, razılaşma dünən keçirilən Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası çərçivəsində əldə olunub.
Bu gün keçirilən Azərbaycan-İran biznes forumunda Dövlət Komissiyasının həmsədri, Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan “Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi barədə qərar qəbul olunub.
“Dəmir yolu sahəsində artıq bir sıra işlər görülüb. Qəzvin-Rəşt dəmir yolunun 80%-i işlər İran tərəfindən görülüb, 20%-də işlər sürətləndiriləcək. Artıq bu dəmir yolunun tikintisi üçün Azərbaycan-İran-Rusiya üçtərəfli konsorsium yaradılıb. Azərbaycan tərəfinin payına düşən hissəsi Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək”, - deyə Ş. Mustafayev bildirib.
Nazir həmçinin qeyd edib ki, Şimal–Cənub avtomobil magistralları da mühüm əhəmiyyət kəsb edir: “Bakıdan Rusiya sərhədinə qədər yüksək səviyyəli magistralın 90%-i işlər həyata keçirilib. Bakıdan Astaraya qədər olan yolun inşası üçün bütün maliyyə mənbələri müəyyən edilib və bu, Şimal-Cənub dəhlizinin genişlənməsinə böyük tranzit potensialının yaranmasına imkan yaradacaq. Rusiyadan Azərbaycan vasitəsi ilə İran və körfəzə və əksinə yüklərin daşımasına imkan yaradacaq”.
banner

Oxşar Xəbərlər