• şənbə, 27 Aprel, 00:03
  • Baku Bakı 14°C

Qazaxıstanlı nazir: " Azərbaycan istiqamətində yükdaşıma əhəmiyyətli dərəcədə artacaq"

25.01.18 12:00 695
Qazaxıstanlı nazir: " Azərbaycan istiqamətində yükdaşıma əhəmiyyətli dərəcədə artacaq"
Qazaxıstan parlamenti "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i təsdiq edib.
Bu barədə "APA-Economics” Qazaxıstan KİV-nə istinadən xəbər verir.
Məlumata görə, Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasimbek deputatlar qarşısında çıxış edərək iki ölkə arasında beynəlxalq avtomobil nəqliyyatı ilə yüklərinin daşınmasına görə müqavilə imzalandığını xatırladıb. Nazir qeyd edib ki, müqavilə iki ölkə arasında avtomobil nəqliyyatı ilə yükdaşımanın sadələşdirilməsini nəzərdə tutur.
"Müqavilədə iki ölkə arasında avtomobil nəqliyyatı ilə yükdaşımanın hüquqi normaları müəyyən edilib. Son 2-3 il ərzində Azərbaycan üzərindən Gürcüstan və Türkiyəyə tranzit daşımalarının həcminin artığı müşahidə olunub. Keçən il biz Kurık limanının, eləcə də dəmiryol və avtomobil bərə yollarının inşasının başa çatdırmışıq. Bu isə Azərbaycan istiqamətində yükdaşımanın əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq” – deyə J. Kasimbek qeyd edib.
Xatırladaq ki, 2017-ciilin aprelin 3-də "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" saziş imzalanıb.
banner

Oxşar Xəbərlər