AZE | RUS | ENG |

“Qaz” avtomobillərinin istehsalı zavodunun təməli qoyulub

“Qaz” avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Rusiyanın birgə layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və "Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov iştirak edib.
Kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu Azərbaycanın "Azərmaş” ilə Rusiyanın "Qaz Qrup” şirkətinin birgə layihəsidir. Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 milyon manat təşkil edir. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq.
Zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. Tikinti işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Zavodda "Qazel”, "Qazel Biznes”, "Qazel Next” avtomobillərin modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906