AZE | RUS | ENG |

“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşib

“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşib
Avrokuboklarda ölkəmizi təmsil edən "Qarabağ” futbol klubunun III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Trend-in məlumatına görə, bunlar Kiprin "APOEL” və Slovakiyanın "Slovan” (Bratislava) klublarıdır. "APOEL” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun "Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb. "Qarabağ” iyulun 31-də İrlandiyanın "Dundalk” klubu üzərində qələbə qazanacağı təqdirdə, məhz "APOEL”lə qarşılaşacaq.

Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırsa, bu zaman UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Slovan”la qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ” "Dundalk”la İrlandiyadakı qarşılaşmadan heç-heçə ilə ayrılıb - 1:1. Cavab oyunu iyulun 31-də "Dalğa Arena”da olacaq. Görüş saat 21:00-da başlayacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946