• cümə, 26 Aprel, 11:10
  • Baku Bakı 12°C

“Qara qızıl”ın qiyməti son 7 həftənin maksimumuna yüksəlib

11.07.19 15:00 795
“Qara qızıl”ın qiyməti son 7 həftənin maksimumuna yüksəlib
Dünya birjalarında neftin qiyməti son 7 həftənin maksimumuna yüksəlib.
AZƏRTACxəbər verir ki, "qara qızıl”ın qiyməti ABŞ-ın xam neft ehtiyatları azalması və Meksika Körfəzində ehtimal olunan qasırğalar fonunda bahalaşır.
Belə ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 9,5 milyon barrel azalaraq 459 milyon barrel olub. Əvvəlki həftə isə ehtiyatlar 1,1 milyon barrel azalmışdı.
BP və "Chevron” kimi böyük hasilatçılar bu həftə gözlənilən qasırğalarla əlaqədar Meksika Körfəzindəki istehsal sahələrindəki işçilərini evakuasiya edib.
Qeyd edək ki, neftin qiyməti İranla bağlı gərginliyin artmasının regionda neft axınını ləngidəcəyinə dair narahatlıqların artması fonunda ötən həftənin ortalarından etibarən yüksəlməyə başlayıb.
Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 67,35 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60,72 dollara satılır.
banner

Oxşar Xəbərlər