AZE | RUS | ENG |

Qara Qarayevin əsərlərinə həsr etdiyimiz film Fransa televiziyasında dəfələrlə nümayiş olunub

Qara Qarayevin əsərlərinə həsr etdiyimiz film Fransa televiziyasında dəfələrlə nümayiş olunub
Qara Qarayevin əsərləri artıq çox tanınır. Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynovla birlikdə Qara Qarayevin əsərlərindən ibarət çəkdiyimiz film möhtəşəm idi. Evian şəhərində çəkilmiş filmdə Qara Qarayevin əsərləri beynəlxalq səviyyədə ilk dəfə lentə alınıb. Film Fransa televiziyasında 20 dəfədən çox nümayiş olunub. Bu, onun tamaşaçılar tərəfindən çox sevildiyini göstərir.
Bu fikri nüfuzlu "Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin Lilldə keçiriləcək "Transsiberien” festivalına həsr edilmiş mətbuat konfransından sonra AZƏRTAC-a müsahibəsində söyləyib.
Bildirib ki, filmin çəkilişində Q.Qarayevin səsləndirilən sonatalarını çox sevib. "Çəkiliş məkanlarında xoş, romantik mühit var idi. Bu Q.Qarayev əsərlərinin təsiri idi. M.Hüseynovla filmin çəkilişində ifa etdiyimiz sonatalar bizi daha da ilhamlandırırdı. M.Hüseynov çox istedadlı pianoçudur”, -deyə V. Repin diqqətə çatdırıb.
Qeyd edək ki, Lill şəhərində keçiriləcək "Transsiberien” festivalının açılışında Qara Qarayevin "Yeddi gözəl” əsərindən vals ifa olunacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873