AZE | RUS | ENG |

"Qara kürü Azərbaycanın daha bir “qara qızılı"dır"

Özbəkistanın paytaxtı Daşkənddə fəaliyyət göstərən uchildiz.uz portalı "Qara kürü Azərbaycanın daha bir "qara qızıl”ıdır” sərlövhəli məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, özbək və rus dillərində dərc edilən məqalədə neft kimi, qara kürünün də Azərbaycanın tarixində mühüm yer tutduğu bildirilir. Qeyd edilir ki, hələ qədim dövrdən Xəzər dənizində qara kürü istehsal edilib. Rus imperiyası dövründə qara kürü qiymətli məhsul sayılıb və Xəzər dənizindən Rusiyanın böyük şəhərlərinə aparılıb. O dövrdə Xəzər dənizi bütün dünyada əldə olunan qara kürünün 90 faizini verirdi.
Yazıda bildirilir ki, Azərbaycanda nərə balığı və onun kürüsü təkcə Xəzərdə yox, XIX əsrin əvvəllərində Kür çayında da əldə olunub. Ötən əsrin 80-ci illərinin ortalarınadək Xəzərdə ildə 28 min ton nərə balığı tutulurdu və 2500 ton kürü istehsal edilirdi.
Diqqətə çatdırılır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da qara kürü xarici ölkələrə ixrac olunub. 2016-cı ildən isə Azərbaycan qara kürü ixracını məhdudlaşdırıb. Hazırda xarici vətəndaşlar qara kürünü beynəlxalq aeroportların xüsusi mağazalarından 125 qramdan çox olmamaq şərtilə ala bilərlər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311