• şənbə, 20 Aprel, 15:57
  • Baku Bakı 23°C

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir

25.08.19 20:20 3817
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda müxtəlif sahələrdə layihələr portfelini genişləndirir.
Bunu Trend-ə özəl müsahibəsində bankın prezidenti Dmitri Pankin deyib.
O bildirib ki, QDTİB "Şahdəniz 2” layihəsi üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı ilə birgə işləyir:"Bizim banklar sindikatımız var. QDTİB bu layihəyə 60 milyon dollar ayırıb”.
D.Pankin, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq barədə danışıb:"Bizim SOCAR-la iri layihəmiz var. Biz şirkətin ticarət maliyyələşməsi üçün 50 milyon dollar təqdim etmişik. SOCAR-la bu istiqamətdə əməkdaşlığı davam etdirmək istərdik. QDTİB-in Azərbaycanda ilk borcunun yerləşdirilməsi nəticəsində əldə olunan milli valyutanı kiçik və orta biznesin inkişafına yönəldirik. Hazırda biz elektrik enerjisi, neft-qaz sənayesi üçün avadanlıq istehsalı, ticarət maliyyələşdirilməsinin dəstəklənməsi sahələrində bir sıra layihələr hazırlayırıq”.

banner

Oxşar Xəbərlər