AZE | RUS | ENG |

Professor İmamverdi Əbilov vəfat edib

Professor İmamverdi Əbilov vəfat edib
Ədəbiyyatşünas alim, professor İmamverdi Əbilov dünyasını dəyişib. APA-nın məlumatına görə, İ. Əbilov aprelin 9-da 89 yaşında vəfat edib.

İ. Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb. Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilib. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olub.

800-dən artıq məqaləsi dərc olunub, “Rəsul Rza” (1960), “Azərbaycan ədəbiyyatında yeni insan”, “Siyasi lirikanın tədrisi”, “Şəhidlər mehrabı. Rəhmət duası”, “Ömrün anları”, "Əsrlər... nəsillər... əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" (2013) kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunub.

Qeyd edək ki, İ. Əbilov “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın atasıdır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779