AZE | RUS | ENG |

Prezident İlham Əliyevin vətəndaşlara diqqətinin bariz nümunəsi

Prezident İlham Əliyevin vətəndaşlara diqqətinin bariz nümunəsi
Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının 130 manatdan 180 manata qaldırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, müvafiq sərəncam 600 min insanı əhatə edəcək: "Digər mühüm məsələ odur ki, bu sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq”.

Millət vəkili vurğulayıb ki, minimum əməkhaqqının artırılması haqqında sərəncam dövlət başçısının Azərbaycan vətəndaşlarına diqqətinin bariz nümunəsidir:

"Bu kimi tədbirlər bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosial yönümlüdür, vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Nə qədər ki, Azərbaycan dövləti inkişaf edir, resursları, vəsaitləri artır, vətəndaşlarımızın sosial rifahı daha da yaxşılaşacaq".

A.Hüseynov qeyd edib ki, Azərbaycan dövlətinin sosial siyasəti davamlı və sistemlidir: "Cənab Prezident İlham Əliyev bundan əvvəl pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi ilə bağlı sərəncamlar imzaladı. Bütün bunlar dövlət başçısının vətəndaşlara verdiyi dəyərin bir fomasıdır”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946