• bazar ertəsi, 23 dekabr, 01:49
  • Baku Bakı 9°C

“Prezident İlham Əliyev hər zaman öz xalqının yanındadır” - Fotolar

19.05.17 12:50 2946
“Prezident İlham Əliyev hər zaman öz xalqının yanındadır” - Fotolar
Binəqədi Rayon İcra Hakimiyyətinin alt zalında Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının IX hesabat-seçki konfransı keçirilib.

Konfransda Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin Komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Milli Məclisin komitə sədri Əli Hüseynli, YAP İcra Katibliyinin baş təlimatçısı Misirxan Vəliyev, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Dövlət Sığorta Şirkətinin direktoru Məmməd Məmmədov, digər rəsmi qonaqlar və konfransa seçilmiş nümayəndələr iştirak ediblər.

Hesabat-seçki konfransı başlamazdan öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Daha sonra rayon təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işləri, keçirilən tədbirləri əks etdirən videoçarx nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov konfransın gündəliyində duran məsələləri diqqətə çatdırıb. Bildirdi ki, konfransda rayon təşkilat sədrinin 2012-ci ildən ötən fəaliyyət dövrü ərzində hesabat məruzəsi və bir sıra təşkilatı məsələlər müzakirə olunacaq.

Hesabat məruzəsi ilə çıxış edən R.Göyüşov qeyd edib ki, hesabat-seçki konfransı əlamətdar bir dövrə - Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə təsadüf edir, bu gün ötən 25 ilə dönüb baxdıqda bir qürur hissi keçiririk: "Bu illər Azərbaycan dövlətinin, xalqımızın, dövlətçiliyimizin, partiyamızın tarixində çətinliklərlə, mübarizələrlə və qələbələrlə dolu bir dövr olub. Ümummilli liderin inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların kökündə ulu öndərin ideyaları, ökə başçısının mətin iradəsi, cəsarəti, qətiyyəti, gərgin və yorulmaz zəhməti dayanır”.

YAP Binəqədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə nəzər salan R.Göyüşov təşkilatının üzvlərinin sayının 3172 nəfər artaraq, 15450 nəfər təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə rayon təşkilatının IX konfransına hazırlıq məqəsdilə bu ilin 10 yanvar tarixindən etibarən 188 ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib və IX konfransa nümayəndələr seçiliblər.

Hesabat-seçki konfransında çıxış edən YAP Binəqədi rayon təşkilatının nəzarət təftiş komissiyasının sədri Yolçu Zeynalov YAP-ın Nizamnaməsinə uyğun olaraq rayon təşkilatında nizam-intizamın möhkəmləndirilməsi, partiyadaxili işlərin düzgün qurulması, partiya üzvləri tərəfindən üzvlük haqlarının ödənilməsi, maliyyə intizamına əməl edilməsi və digər vəzifələrin icra olunduğunu və bu sahədə nəzarətin təmin edildiyini bildirib. Aparılan nəzarətin və araşdırmaların nəticəsində rayon təşkilatının fəaliyyətində nöqsan aşkar edilməyib.

Hesabat-seçki yığıncağında çıxış edən Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər doktoru, professor Mürsəl Əliyev, 283 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin fəalı Fəsli Nəbiyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün dövlət başçısı, YAP-ın sədri İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilən uğurlu siyasi strategiyadan danışıblar.

Konfransda geniş nitq söyləyən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov ötən tarixə, YAP-ın yaranma tarixinə nəzər salıb. YAP-ın çətin dönəmlərdə yarandığını, hadisələrin birbaşa iştirakçısı və şahidi kimi ölkəmizin çox ağır vaxtlarını ürəkağrısı ilə xatırlayıb. Həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının "Səs" qəzetində ümummilli liderə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci ilin 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirildiyini bildirib. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan tarixində mühüm tarixi hadisə olduğunu qeyd edib. O, əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində bu gün ölkəmizin bütün sahələr üzrə sürətlə inkişaf etdiyini, Bakının bir hissəsi olan Binəqədi rayonunda da mühüm islahatalrın həyata keçirildiyini diqqətə çatdırıb.

Hesabat-seçki konfransında çıxış edən millət vəkili Kamaləddin Qafarov YAP-ın dövlətimizin inkişafı və xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən uğurlu işləri diqqətə çatdırıb.

Konfransda çıxış edənlər rayon təşkilat sədrinin hesabat məruzəsinin qənaətbəxş olduğunu bildiriblər.

Konfransda daha sonra təşkilatı məsələlərə baxılıb. Konfrans iştirakçılarının yekdil qərarı ilə 67 nəfərdən ibarət şura, 25 əfərdən ibarət İdarə heyəti, 7 nəfərdən ibarət nəzarət təftiş komissiyası seçilib. Həmçinin Ramiz Göyüşov rayon təşkilatının sədri, Eldar İbrahimov, Əli Hüseynli, Vüsar İsmayılov, Hüseyn Əsgərov və Tünzalə Zeynalova rayon təşkilatı sədrinin müavinləri seçiliblər.

Konfransda yekun qətnamə qəbul edilib.

Daha sonra hesabat-seçki konfransında yekun nitq söyləyən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayon təşkilatının IX konfransı münasibətilə iştirakçıları təbrik edib və YAP-ın Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışıb. O, Ulu Öndərin ideyalarının bu gün də yaşadığını, bu ideyaları layiqincə davam etdirən Prezident İlham Əliyevin hər zaman öz xalqının yanında olduğunu vurğulayıb.





banner

Oxşar Xəbərlər