AZE | RUS | ENG |

Portuqaliya ayaqqabıları üçün daha çox pul ödənişi

Portuqaliya ayaqqabıları üçün daha çox pul ödənişi
"Católica Porto Business School”un (biznes sahəsində mütəxəssisləri ilə məşhur olan Portuqaliya Katolik Universitetinin məktəbi) apardığı tədqiqata görə, hazırda əcnəbi alıcılar Portuqaliya istehsalı olan ayaqqabıları yüksək dəyərləndirirlər.

AZƏRTAC xəbər verir ki, bu tədqiqat əcnəbi alıcılar tərəfindən məhsulun dəyərinin qəbul edilməsinə onun istehsal olunan yerin təsirinin müəyyən edilməsi üçün nəzərdə tutulub. Tədqiqat cari ilin fevralında Milanda keçirilən "MICAM” beynəlxalq ayaqqabı sərgisində 80 nəfər əcnəbi riteyler və idxalatçı arasında aparılan "kor-koranə” testə əsaslandırılıb.

Ekspertlər hesab edirlər ki, alıcılar gözəyarı 100 avroya dəyərləndirdikləri ayaqqabının Portuqaliyada istehsal edildiyinə əmin olduqda ona 128 avro (+28 faiz) ödəməyə hazırdırlar.

Tədqiqata görə, məhsulun keyfiyyəti, istehsal prosesində yeniliklər və işçi qüvvəsinin ixtisaslaşdırılması beynəlxalq alıcıların Portuqaliya istehsalı olan ayaqqabılara aid etdiyi əsas əlamətlərdir.

"İlk dəfə olaraq, beynəlxalq ictimaiyyət Portuqaliya istehsalı olan ayaqqabılar üçün daha çox pul ödəməyə hazırdır” deyən ekspertlər bunu sahənin son 10 il ərzində ixracyönümlü inkişafı üçün yatırılan 6,4 milyon avro həcmində investisiya ilə izah edirlər. Bu, öz növbəsində, ixracın 47 faizdən çox artmasına (700 milyon avro ekvivalentində) gətirib çıxarıb.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982