• cümə, 26 Aprel, 14:30
  • Baku Bakı 23°C

Portalın xidmətlərindən yararlananların sayı artıb

10.10.14 17:02 1080
Portalın xidmətlərindən yararlananların sayı artıb
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən sentyabr ayında 8 mindən çox, indiyədək isə 298 mindən artıq internet istifadəçisi yararlanıb. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, sentyabr ayında portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən Rusiya, ABŞ, Türkiyə, Norveç və Böyük Britaniyadan olan istifadəçilər də yararlanıblar.
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 18 dövlət qurumunun 140 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər