Polşada Azərbaycan turizminə həsr olunmuş seminar keçiriləcək

Polşada Azərbaycan turizminə həsr olunmuş seminar keçiriləcək

İqtisadiyyat
20 Oktyabr 2019, 14:00 605
Noyabrın 19-da Polşanın paytaxtı Varşavada yerli turizm agentlikləri üçün "Polşa və Azərbaycan arasında turizmin inkişafı” mövzusunda seminar keçiriləcək.
 
AZƏRTAC xəbər verir ki, Polşanın İnvestisiyalar və Ticarət üzrə Agentliyi tərəfindən təşkil olunacaq seminarın əsas məqsədi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı genişləndirməkdir. Tədbir zamanı iştirakçılar Azərbaycanın turizm potensialı, həmçinin mədəniyyəti, təbiəti, mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
 
Seminarın sonunda iştirakçılardan bir neçəsi Azərbaycana səyahət paketi qazana biləcək.