• şənbə, 27 Aprel, 06:42
  • Baku Bakı 12°C

Paytaxtda qayda pozan sürücülərə növbəti zərbə

18.12.13 13:58 1552
Paytaxtda qayda pozan sürücülərə növbəti zərbə
Bundan sonra Bakıda sərnişindaşıma ilə məşğul olan avtobus və minik maşınları Nəqliyyat Nazirliyinin evakuatorları tərəfindən də cərimə meydançasına aparılacaq.
Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə bildirib. Onun sözlərinə görə, avtobuslar, taksilər lisenziyasız fəaliyyət göstərirsə, bu zaman nazirliyin əməkdaşları həmin avtomobilləri xidmətdən kənarlaşdıracaqlar.
“Bəzən lisenziyanın şərtlərini pozduqda, vergini vaxtında ödəmədikdə, texniki müayinədən keçmədikdə və sürücü tibbi yoxlanış olunmadıqda, lisenziyanın şərtləri pozulur. Bu zaman avtomobil xidmətdən kənarlaşdırılır. Həmin avtomobil Nəqliyyat Nazirliyinin cərimə meydançasında saxlanılır. Bundan başqa, əgər vətəndaş öz şəxsi avtomobilini avtobus dayanacağında saxlayıb, avtomobili tərk edibsə və bununla da avtobusların hərəkətinə maneə yaradırsa, bu zaman nazirliyin evakuatorları həmin avtomobili cərimə meydançasına apara bilərlər”, - deyə Namiq Həsənov bildirib.
Namiq Həsənovun sözlərinə görə, artıq bu qərar 10 gündür qüvvəyə minib: “Artıq dövlət yol polisinin evakuatoru ilə bərabər Nəqliyyat Nazirliyinin evakuatoru da maşınları cərimə meydançasına aparanda, bunu anormal hal kimi qarşılamasınlar”.
banner

Oxşar Xəbərlər