• şənbə, 27 Aprel, 05:56
  • Baku Bakı 14°C

Palata: İki bank müştərilərinə kompensasiyaların verilməsində pozuntulara yol verib

15.12.17 13:50 2185
Palata: İki bank müştərilərinə kompensasiyaların verilməsində pozuntulara yol verib
"Əmanətlərin Sığortalanması Fondunda hazırda audit tədbiri başa çatmayıb, proses davam edir".
"APA-Economics" xəbər verir ki, bunu Hesablama Palatasının sədri vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatıb: "Müəyyən olunub ki, Fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib. Bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası bu materialları hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edib".
banner

Oxşar Xəbərlər