• şənbə, 27 Aprel, 00:55
  • Baku Bakı 14°C

"Çoxmənzilli binaların sayı bir saha dəqiqləşdirilərək müayinəsi aparılacaq"

21.02.19 14:45 548
"Çoxmənzilli binaların sayı bir saha dəqiqləşdirilərək müayinəsi aparılacaq"
"Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanına əsasən, bu il yanvarın 1-nə tikintisi tamamlanmış çoxmənzilli yaşayış binalarının (əgər istismar olunursa) istismara verilməsi prosesinin sadələşdirilməsi nəzərdə tutulur.
AZƏRTACxəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib.
Komitə rəsmisi bildirib ki, bunun üçün Fərmanda çox dəqiq mərhələlər qeyd olunub və bu işlə məşğul olacaq dövlət orqanları müəyyənləşdirilərək, hər birinə konkret tapşırıqlar verilib: "Belə ki, 2 ay ərzində Fövqəladə Hallar Nazirliyində (FHN) çoxmənzilli binaların sayı bir saha dəqiqləşdirilərək hər birinin müayinəsi aparılacaq və onların dayanıqlılığı, texniki təhlükəsizliyi və istismara hazır olması barədə rəy veriləcək. Rəy verildiyi gündən tikintiyə icazə verən orqana, yəni Bakı şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhərlərdə isə aidiyyəti icraedici orqana ötürüləcək və 7 gün ərzində istismara icazənin verilməsi təmin olunacaq”.
banner

Oxşar Xəbərlər