AZE | RUS | ENG |

OPEK-in Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu

OPEK-in Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu
OPEK 2018-ci ildə Azərbaycanda neft hasilatının ötən illə müqayisədə 0,03 milyon barrel/sutka azalacağını gözləyir.

Trend-in məlumatına görə, bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Hesabata əsasən, bu il Azərbaycanda neft hasilatı orta hesabla sutkada 0,77 milyon barrel həcmində proqnozlaşdırılır.

Beləliklə, OPEK əvvəlki hesabatda qeyd olunan proqnozu dəyişməz saxlayıb: "Birinci rübün yekunları proqnozlardan daha yüksək oldu. Ona görə də proqnoz sutkada 37 min barrel artırıldı ki, bu da illik proqnozun 0,01 milyon barrel/sutka həcmində təkrar baxılmasına gətirib çıxardı".

OPEK-in dəyərləndirməsinə görə, yanvar ayında neft hasilatı dekabr ayı ilə müqayisədə 0,01 milyon barrel/sutka artıb və 0,75 milyon barrel/sutka təşkil edib. Bu göstərici 2017-ci ilin yanvar ayı ilə eyni olub.

Fevral ayında neft və kondensat tədarükü üzrə ilkin məlumatlar hasilatla eyni səviyyəni göstərir: "2017-ci ildə Azərbaycan neftinin tədarük həcmi sutkada 0,05 milyon barrel azalaraq 0,8 milyon barrel/sutka təşkil edib".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000