• şənbə, 27 Aprel, 01:05
  • Baku Bakı 14°C

OPEK-in Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozu

13.11.20 17:55 449
OPEK-in Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozu
2020-ci ilin dördüncü rübündə Azərbaycanda maye karbohidrogenlərin hasilatının sutkada 0,68 milyon barelədək azalması gözlənilir.
Trend bu barədə OPEK-in hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, oktyabr ayında maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə 0,01 milyon barel/sutka azalaraq 0,71 milyon barel/sutka təşkil edib.
Hesabata əsasən, oktyabr ayında Azərbaycanda neft hasilatı sutkada 12 min barel azalaraq 585 min barel/sutkaya bərabər olub:
"2020-ci ildə ölkədə maye karbohidrogenlərin hasilatının 0,06 milyon barel azalaraq sutkada 0,73 milyon barel təşkil edəcəyi gözlənilir”.
Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin hesabatına əsasən, 2020-ci ilin oktyabrında ölkə neft hasilatı (kondensatla birgə) sutkada 675,2 min barel olub.
banner

Oxşar Xəbərlər