• cümə, 26 Aprel, 15:40
  • Baku Bakı 23°C

OPEC Nazirlər Şurasının Monitorinq Komitəsinin növbəti görüşü apreldə keçiriləcək

22.01.18 10:45 682
OPEC Nazirlər Şurasının Monitorinq Komitəsinin növbəti görüşü apreldə keçiriləcək
Neft hasilatının azaldılmasına dair OPEC+ sazişinin Monitorinq Komitəsinin növbəti iclası apreldə Səudiyyə Ərəbistanında keçiriləcək.
"APA-Economics”in xəbərinə görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məlumatında deyilir.
Bildirilir ki, OPEC Nazirlər Şurasının Monitorinq Komitəsinin növbəti görüşü 2018-ci ilin aprel ayında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, OPEC Nazirlər Şurasının Monitorinq Komitəsinə Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələri daxildir.
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
banner

Oxşar Xəbərlər