"OPEC+" öhdəliklərini yerinə yetirməyən ölkələri hasilatı dərhal azalmağa çağırıb
"OPEC+" neft hasilatının azaldılması sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməyən ölkələri onları dərhal icra etməyə çağırıb.
Komitə onu vurğulayıb ki, aşağı məhsuldarlıq göstəriciləri digər yüksək nəticə göstərən ölkələrə qarşı ədalətsiz olmaqla yanaşı, həm də neft bazarının balanslaşdırılması üçün zərərlidir.
"APA-Economics"in məlumatına görə, bu barədə "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclasının yekunlarına dair açıqlamasında deyilir.
"Komitə yenidən geri qalan ölkələri təzminat planı daxil olmaqla öhdəliklərini dərhal yerinə yetirməyə çağırıb", - açıqlamada qeyd olunub.Komitə onu vurğulayıb ki, aşağı məhsuldarlıq göstəriciləri digər yüksək nəticə göstərən ölkələrə qarşı ədalətsiz olmaqla yanaşı, həm də neft bazarının balanslaşdırılması üçün zərərlidir.
Qeyd edək ki, "OPEC+" razılaşmasının icrasına bu ilin may ayında 3 ay müddətində gündəlik neft hasilatının 9,7 mln. barel azalması ilə başlanılıb. Avqust ayından ittifaq hasilatı azaltmağı davam etdirdi, lakin daha az həcmlərlə – ilin sonunadək olan dövr üçün gündə 7,7 mln. barel, daha sonra isə – 2022-ci ilin aprel ayının sonuna qədər – 5,8 mln. barel.