AZE | RUS | ENG |

Onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışına icazə verilsin

Onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışına icazə verilsin
Münasib vaxt çatdıqda "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, mətbuatda bəzi şəkərli diabet xəstələri üçün dərman çatışmazlığı barədə məlumatlara rast gəlinir: "Bunun obyektiv səbəbi var, çünki belə xəstələrin sayı ilbəil artır. İnsanlar arasında ən böyük ölüm yaradan onkoloji xəstəliklərlə bağlı da Milli Məclisdə dinləmələrin keçirilməsi nəzərdə tutulur. Bu sahədə ən böyük problem odur ki, şiş əleyhinə dərmanlar, xüsusilə ən müasir dərmanlarla bağlı çatışmazlıqlar var”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, onkoloji xidmətlə bağlı maliyyə məsələsinə yenidən baxılmalıdır. Amma xəstələrin sayının artması müasir müalicə vasitələrinin baha olmasına görə əlavə vəsaitin ayrılmasını tələb edir.

Deputat təklif edir ki, onkoloji xəstəlliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışının təşkilinə icazə verilsin.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873