On ayda qara metal və onlardan hazırlanan məmulatların ixracı azalıb

On ayda qara metal və onlardan hazırlanan məmulatların ixracı azalıb

İqtisadiyyat
19 Noyabr 2019, 14:30 874
Bu ilin on ayında ölkədən 85 min 21 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən qara metal və onlardan hazırlanan məmulatların dəyəri 50 milyon 882 min ABŞ dollardır.
Xatırladaq ki, ötən ilin eyni dövründə 72 milyon 180 min dollarlıq 103 min 220 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edilib.