AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“NYU-YORKDA YAĞMURLU GÜN” filminin qapalı nümayişi keçirildi

“NYU-YORKDA YAĞMURLU GÜN” filminin qapalı nümayişi keçirildi

Mədəniyyət
09 Oktyabr 2019, 15:20 377
"VOLGA AZƏRBAYCAN” və "PARK CİNEMA”nın təşkilatçılığı ilə Vudi Alenin romantik komediyası olan, "NYU-YORKDA YAĞMURLU GÜN” filminin media üçün nümayişi keçirilib.

"PARK CİNEMA FLAME TOWERS”də baş tutan təqdimat gecəsinə media nümayəndələri, tanınmış jurnalistlər qatılıb. Ssenari müəllifi və rejissoru Vudi Allenin olduğu, xronometrajı 92 dəqiqə olan filmdə əsas rolları Timoti Şalame (Qetsbi), El Fanninq(Eşli), Selena Qomes (Çen), Cud Lou (Ted Davidoff), Diyeqo Luna (Fransisko Veqa), Liv Şrayber (Rolland Pollard) canlandırıb. 16 yaş üstü izləyicilər üçün nəzərdə tutulan film komediya səhnələri ilə boldur. 

Romantik-komediya janrında olan filmin mövzusuna gəlincə isə bir birinə aşiq olan iki tələbə - Qetsbi və Eşli haqqında danışır. Onların Nyu-Yorkda mükəmməl həftə sonu keçirtmək üçün planları, günəşin əvəzinə leysan yağış gəldiyi kimi sürətlə və gözlənilmədən dağılır. Cütlüyün yolları ayrılır – qəhramanların hər biri tək öhdəsindən gəlməli olacaq bir sıra qeyri-adi görüşlər və gözlənilməz hadisələr gözləyir. Eşli, tələbə qəzetindən Manhettenin məşhur rejissoru olan, Roland Pollard ilə görüşmək tapşırığı alır. Qetsbi, doğma şəhərindəki ən sevimli yerləri, Arizonada böyüyən bir qıza göstərmək fürsətindən istifadə edir. Pollard Eşlini yeni filminin çəkiliş meydançasına dəvət edərkən, Qetsbinin hazırladığı plan həmən an arxa plana keçir. Əvvəlcə Pollard onu ssenarist Ted Davidoff daha sonra ekran ulduzu Fransisko Veqa ilə tanış edir. Özü özünə həvalə olunmuş Qetsbi nəticədə gününü, keçmiş sevgilisinin cəsarətli kiçik bacısı, Çen ilə keçirir. Qetsbi, anası ilə taleyüklü söhbətin baş verəcəyi, varlı qohumlarının ziyafətində iştirak etmək məcburiyyətində qalır. Nyu Yorkda , yağmurlu olsa da inanılmaz bir gün ərzində, Eşli özünü düşündüyü adam olmadığını başa düşəcək və Qetsbi bir həyat yaşayırsa, doğru insanla birlikdə yaşamalı olduğunu başa düşür. Filmdəki personajların hər biri özünü tanımaqda çətinlikləri var.

Ekran işi nümayişin tamaşaçıları tərəfindən alqışlarla və bəyənilə qarşılanıb.

Qeyd edək ki, bəhs etdiyimiz fimlə Park Cinema kinoteatrlarında baxa bilərsiniz.