• cümə, 26 Aprel, 21:24
  • Baku Bakı 22°C

Marketinq sammiti keçiriləcək

22.10.18 12:53 1174
Marketinq sammiti keçiriləcək
Son illərdə ölkəmizdə marketinq, biznes, həmçinin marketinq kommunikasiyaları sahəsində ciddi inkişafın, tendensiyaların sürətli dəyişdiyinin şahid oluruq. Əlbəttə ki, bütün bu proseslər gözlənilən və eyni zamanda müasir bazar iqtisadiyyatının tələbi kimi də diqqətimizi çəkir. Hər il ölkədə ixrac potensialından düzgün istifadə etmək, dövlətin yaratmış olduğu şəraitdən səmərəli yararlanmaq və xarici bazarlarda sağlam mövqe tutmaq üçün müxtəlif təlim, seminar və digər tədbirlər keçirilir. Bu zaman nələrə diqqət etmək, hansı standartları tətbiq etmək lazımdır? Bundan başqa? ixrac siyasətinin düzgün strateji planlamasının aparılması, marka siyasətinin daha doğru və sağlam qurulması kimi aktual mövzular da meydana gəlir. Təbii ki, iqtisadiyyatın inkişafında enerji, logistika, turizm, istehsalat kimi platformalar önəmli rol oynayır.
Məhz bu ilin dekabr ayında təşkil olunacaq "Marketinq Sammiti 2018- Gün var əsrə bərabər” tədbiri yerli iş adamlarının maarifləndirilməsi üçün gözəl bir platforma olacaq. Dövlətin strateji yol xəritəsinin əsas cizgilərinə uyğun olaraq logistika, enerji, turizm sahəsində müasir trendlərə uyğun olaraq mövzuların və eyni zamanda «Made in Azerbaijan» brendinin formalaşdırılması imkanlarının müzakirəsi aparılacaq. Tədbirdə spiker qismində Azərbaycandan, Türkiyədən, Gürcüstandan dəvət olunan mütəxəssislər regionun 3 dost ölkəsi arasında həyata keçirilən ticari əməkdaşlıqlardan, ölkələrdə tətbiq olunan dijital platformalardan söhbət açacaqlar. Azpromo, Azərbaycan Dəmir Yolları, RayCrea, EasyMark şirkətlərinin birlikdə dəstəyi ilə təşkil olunacaq tədbirdə əsas hədəf beynəlxalq təcrübənin yerli biznes mühitinə adaptasiyasını təmin etmək və inkişafa birlikdə nail olmaqdır. "Marketing Summit 2018” layihəsinin təşkilatçısı olan COMUNİCAL şirkətinin rəhbəri, marketinq kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslı bildirib ki? "Marketinq Sammiti-2018” müasir marketinq trendlərinin ölkəmizdə adaptasiyası üçün nəzərdə tutulub: "Artıq bir çox işlər tamamlanıb. Spikerlər və tədbirin keçiriləcəyi yer haqqında müzakirələr yekunlaşıb. Təşkilatçılar öz qonaqlarını Bakı Biznes Mərkəzində qarşılamağa hazırlaşır. Təşkilat Komitəsinin sədri "Easymark” şirkətinin rəhbəri Eyyub Qarabağlı, digər üzvlər isə Seymur Quliyev, Qələndər Məmmədli və Gülnarə Zeynalova olaraq qəbul edilib.”
banner

Oxşar Xəbərlər