• çərşənbə, 24 Aprel, 04:18
  • Baku Bakı 14°C

Nüsrət İbrahimov: "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"

23.05.20 16:45 726
Nüsrət İbrahimov: "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"
Bakıda aprel ayı ərzində təkrar mənzil bazarında2,5%,ilkin mənzil bazarında2,76%, torpaq bazarında isə9,12%-likartım qeydə alınıb.
Bunu "Report"a açıqlamasında "MBA" konsaltinq və qiymətləndirmə şirkətininbaş direktoru,daşınmaz əmlak üzrə ekspertNüsrət İbrahimovdeyib.
O bildiribki, kommersiya obyektlərin icarəsində isə2,53%azalma qeydə alınıb: "Ümumi daşınmaz əmlak bazarındaay ərzində2,74%-likartım qeydə alınıb. Bu ilin mart ayı ilə müqayisədə apreldəBakının daşınmaz əmlak bazarında aktivlik artıb. Ötən ilin aprel ayı ilə müqayisədə isə ümumi bazarda5,31%artım olub, təkrar mənzil bazarında1,13%, ilkin mənzil bazarında8,58%, kommersiya obyektləribazarında9,25%,torpaq bazarında6,18%,kirayə mənzil bazarında6,51%,kommersiya obyektlərin icarəsində isə12,56%-lik artım olub".
O əlavə edib ki, hazırda kirayə mənzil bazarında aktivlik müşahidə olunur:"Aprel ayında orta qiymət1 350manat təşkil edib. Ümumilikdə, kirayə mənzil bazarında ay ərzindəartım0,26%təşkil edib".
Xatırladaq ki, daşınmaz əmlak üzrə ekspertlər bu ilin mart ayında ölkədə koronavirus pandemiyasının (COVİD-19) yayılması ilə əlaqədar olaraqdaşınmaz əmlak bazarındaaktivliyin əhəmiyyətli dərəcədə azaldığını bildirmişdilər. Belə ki, mart ayı ərzində bütün istiqamətlər üzrə satış tamamilə dayanmışdı.
banner

Oxşar Xəbərlər