• cümə, 26 Aprel, 13:57
  • Baku Bakı 23°C

Nobel mükafatçılarının iştirakı ilə beynəlxalq konfrans - Bakıda

21.05.14 09:43 1223
Nobel mükafatçılarının iştirakı ilə beynəlxalq konfrans - Bakıda
Bu gün Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfrans işə başlayıb.
“APA-Economics”in məlumatına görə, konfransa 65 ölkədən 200-dək nümayəndə, o cümlədən iqtisadiyyat üzrə 3 Nobel mükafatı laureatı iştirak edir. Konfrans mayın 23-dək davam edəcək.
Konfrans iştirakçıları öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
Konfransın açılış mərasimində baş nazirin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və INCU prezidenti, professor Devid Uiddouson iştirak ediblər. Ümumdünya Ticarət Təşkilatının baş müdiri, səfir Roberto Azevedonun açılış nitqindən sonra əsas məruzələrlə iqtisad elmləri üzrə Nobel mükafatı laureatları - London İqtisadiyyat Məktəbində iqtisadiyyat və politologiya üzrə professor, Kral kafedrasının professoru Kristofer Pissarides və Nyu-York Universitetinin professoru Tomas Sargent çıxış ediblər.
Tədbir “Ticarətin asanlaşdırılmasında beynəlxalq təşkilatların rolu” və “Gömrük xidməti rəhbərlərinin gələcəklə bağlı baxışları” mövzularında məruzələrlə davam edir.
banner

Oxşar Xəbərlər