• cümə, 29 Mart, 03:57
  • Baku Bakı 7°C

“Nəsimi ili”nə həsr olunan beynəlxalq elmi konfrans təşkil ediləcək

11.05.19 15:15 908
“Nəsimi ili”nə həsr olunan beynəlxalq elmi konfrans təşkil ediləcək
UNESCO-nun təsis etdiyi Dünya Fəlsəfə Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda noyabrın 21-də "Nəsiminin fəlsəfəsi və UNESCO-nun ideallari” və noyabrın 22-də "İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzularında beynəlxalq elmi konfranslar keçiriləcək.
İnstitutdanAZƏRTAC-a bildirilib ki, "İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzusunda beynəlxalq elmi konfransın işçi dilləri Azərbaycan və ingilis dilləridir.
Konfrans "Hürufilik və onun Azərbaycanda nümayəndələri”, "Hürufilik və sufizm: paralellər, fərqlər, oxşar cəhətlər”, "Nəsimi fəlsəfəsində mistika”, "Nəsimi fəlsəfəsində sufizm və hürufizm”, "Ənə’l-Həqq fenomeninin mahiyyəti və təzahürləri”, "Nəsimi poeziyası Azərbaycan sufi şeirinin zirvəsi kimi”, "Nəsimi: təxəyyül və reallıq arasında” mövzularını əhatə edəcək.
Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini iyulun 1-də[email protected]ə[email protected] ünvanına göndərməlidir.
Tezislərin qəbul edilməsi məqalənin qəbul edilməsi demək deyil. Məqalələr konfransın elmi heyəti tərəfindən qiymətləndirildikdən sonra 15 gün ərzində müəllifə məlumat veriləcək. Qəbul edilmiş məruzələrin tam mətni oktyabrın 10-dək təqdim olunmalıdır.
Məqalələr sertifikatla təltif ediləcək və konfrans materialları toplusunda ISBN indeksi altında dərc ediləcək.
Konfrans haqqında ətraflı məlumat http://philosophy.edu.az saytında yerləşdirilib.
Xatırladaq ki, Dünya Fəlsəfə Günü UNESCO-nun təşəbbüsü ilə 2002-ci ildə təsis edilib. Həmin vaxtdan etibarən hər il noyabr ayının üçüncü cümə axşamı günü Dünya Fəlsəfə Günü kimi qeyd edilir. Bu əlamətdar günün keçirilməsində məqsəd baş verən qlobal sosial-mədəni dəyişikliklərin müzakirəsinin ümumi platformasını tapmaq, insanları fəlsəfi irsin qorunmasına cəlb etmək, yeni ideyalar üçün təfəkkür dairəsini genişləndirmək, vətəndaş cəmiyyətinin və mütəfəkkirlərin açıq debatlarını stimullaşdırmaqdır.
Hazırda dünyanın 70-dən çox ölkəsində bu gün UNESCO-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans və iclaslar, dəyirmi masa və seminarlar, fəlsəfənin aktual problemlərinə həsr olunmuş kitabların sərgisi ilə qeyd olunur.
banner

Oxşar Xəbərlər