• cümə, 26 Aprel, 12:41
  • Baku Bakı 23°C

“Neftin ucuzlaşması böyük layihələri ləngidir” - Ziya Məmmədov

26.01.15 07:15 1301
“Neftin ucuzlaşması böyük layihələri ləngidir” - Ziya Məmmədov
Bakı-Sumqayıt arasında sürətli elektrik qatarının təşkili ilə bağlı Nəqliyyat Nazirliyinin qurumları arasında fikir mübadiləsi aparılır.
"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, ölkə daxilində sürətli qatarların və tramvayların çəkilməsi bir növ xəyala bənzəyir: “Belə bir arzu var. Bunu reallaşdırmaq üçün böyük maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, dünyada neftin qiyməti aşağı düşüb, müəyyən proseslər gedir. Bu da böyük layihələrin icrasına öz təsirini göstərir, onların həyata keçirilməsini ləngidir”.
banner

Oxşar Xəbərlər