AZE | RUS | ENG |

Neftin qiyməti son 3 həftənin ən böyük həftəlik qazancına yönəlib

Neftin qiyməti son 3 həftənin ən böyük həftəlik qazancına yönəlib
Dünya birjalarında neftin qiyməti son 3 həftənin ən böyük həftəlik qazancına yönəlib.
AZƏRTAC xəbər verir ki, "qara qızıl”ın qiyməti Yaxın Şərqdə davam edən gərginlik, ABŞ-ın xam neft ehtiyatlarının azalması və Meksika Körfəzində ehtimal olunan qasırğanın tədarük çatışmazlığı yaradacağına dair narahatlıqlar fonunda bahalaşır.
Belə ki, İran və Britaniya arasında neft tankeri ilə bağlı insident bölgədə gərginliyin artmasına səbəb olur. Bundan başqa, ABŞ-ın xam neft ehtiyatları son 3 ayın minimumuna enib. Şənbə günü Luiziana sahilinə çatması gözlənilən "Barry” tropik qasırğası isə Meksika Körfəzində istehsalın yarısının dayanmasına səbəb olub. Bütün bunlar neftin qiymətinin artan istiqamətli dəyişməsinə səbəb olan amillərdir.
Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 67 dollardan, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60 dollardan baha satılır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989