Neftin qiyməti son 12 həftənin maksimumuna yaxınlaşır
Neftin qiyməti son 12 həftənin maksimum səviyyəsinə yaxınlaşır.
AZƏRTACxəbər verir ki, "qara qızıl”ın qiyməti "OPEC plus” üzrə sutkalıq neft hasilatının daha 500 min barrel azaldılması, Birləşmiş Ştatlarda neft ehtiyatlarının azalacağına dair proqnozlar, eləcə də ABŞ-Çin münasibətləri fonunda son 12 həftənin maksimum səviyyəsinə yaxınlaşıb. Neftin qiyməti ötən həftəni sentyabrdan indiyədək ən yüksək səviyyədə tamamlayıb.
Ekspertlərə görə, qlobal neft tədarükü ilə bağlı narahatlıqlar azalıb, hazırda diqqət tələbata yönəlib. Bazar ABŞ və Çin arasındakı ticari razılaşmaya dair prosesi yaxından izləyir.
Qeyd edək ki, hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64,22 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 58,88 dollara satılır.