• cümə, 26 Aprel, 20:20
  • Baku Bakı 22°C

Neftin qiyməti ən böyük həftəlik itkisinə yönəlib

04.10.19 13:37 553
Neftin qiyməti ən böyük həftəlik itkisinə yönəlib
Xam neftin qiyməti iyuldan indiyədək ən böyük həftəlik itkisinə yönəlib.
AZƏRTACxəbər verir ki, buna səbəb ABŞ və digər ölkələrin iqtisadi göstəricilərinin zəif olmasının qlobal tənəzzüllə bağlı narahatlıqları artırmasıdır. ABŞ iqtisadiyyatındakı pisləşmə əlamətləri, Çin və Almaniya iqtisadiyyatının zəifləməsi onsuz da kövrək olan neft tələbatını daha da pisləşdirir. Sentyabrın 14-də Səudiyyə Ərəbistanında neft obyektlərinə təşkil edilən hücumlardan sonra "qara qızıl”ın qiymətlərində müşahidə olunan rekord qazanc bu ölkənin istehsalını sürətlə bərpa etməsindən sonra yenidən düşüb. Qlobal iqtisadiyyata dair artan mənfi proqnozlar da bu qazancın düşməsində rol oynayıb. Bütün bunlar neftin qiymətində ən böyük həftəlik itkiyə təsir edən amillərdir.
Hazırda "Brent” neftinin bir barreli Londonun ICE birjasında 58,13 dollara, "Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 52,82 dollara alıcı axtarır.
banner

Oxşar Xəbərlər