• cümə, 26 Aprel, 09:33
  • Baku Bakı 12°C

Neftin qiyməti 69 dolları keçdi - İllik maksimum

06.05.15 09:19 1056
Neftin qiyməti 69 dolları keçdi - İllik maksimum
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,52 dollar artaraq 61,92 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,56 dollar artaraq 69,08 dollar olub.
Bununla da, Brent markalı neftin qiyməti illik maksimumu yeniləyib. Qeyd edək ki, ötən ilin dekabr ayından bu günə qədər Brent neftin qiyməti 66 dollar həddini aşa bilməyib.
banner

Oxşar Xəbərlər