• şənbə, 27 Aprel, 07:58
  • Baku Bakı 12°C

Neft gəlirlərinin istifadəsinin yuxarı həddi ilə bağlı fiskal qaydalar hazırlanıb

11.04.18 14:34 728
Neft gəlirlərinin istifadəsinin yuxarı həddi ilə bağlı fiskal qaydalar hazırlanıb
Azərbaycanda neft gəlirlərinin istifadəsinin yuxarı həddi ilə bağlı fiskal qaydalar artıq hazırlanıb.

APA-Economicsin məlumatına görə bunu Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu qaydaların hökumət tərəfindən təsdiq olunması gözlənilir: "Bu fiskal qaydalara Müşahidə Şurasında baxılıb və hökumətin təsdiq etməsi gözlənilir. Neft gəlirlərindən istifadə ilə bağlı müəyyən qayda olacaq və hər il bu qaydaya əsasən hesablanacaq”.
banner

Oxşar Xəbərlər