• şənbə, 27 Aprel, 06:29
  • Baku Bakı 12°C

Neft Fondu yeni binaya köçdü - Foto

16.01.15 11:32 1385
Neft Fondu yeni binaya köçdü - Foto
Bu barədə fonddan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, ARDNF-in yeni binası artıq Heydər Əliyev prospekti 111 “A” ünvanında yerləşir.
Bina 24 mərtəbədən ibarətdir. Onun iki mərtəbəsi isə avtomobil dayanacağıdır.
Xatırladaq ki, Dövlət Neft Fondunun inzibati ofis binasını yerli şirkətlərdən biri inşa edib. Tikinti işləri Avropada bu tip binaların inşası üzrə ixtisaslaşmış “Besiks Group” şirkəti (Belçika) ilə birgə aparılıb.
Qeyd edək ki, fondun yeni inzibati binasını “AtaSığorta” şirkəti sığortalayıb.
Müqaviləyə fondun binasının və bütün texniki obyektlərinin (qazanxana, elektrik yarımstansiyası, soyutma və isitmə sistemlərinin) icbari sığortası, daşınan əmlakın sığortası, eləcə də daşınmaz əmlakın istismarının icbari sığortası daxildir.

banner

Oxşar Xəbərlər