AZE | RUS | ENG |

Nazir: "Tikintilərdə qeyri-rəsmi məşğulluqla əlaqədar monitorinqlər aparılır"

Nazir:
"Azərbaycanda qeyri-rəsmi məşğulluqla bağlı vəziyyət nəzarətimizdədir. Tikintilərdə qeyri-rəsmi məşğulluqla əlaqədar monitorinqlər aparılır". 
 
"APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, həmin yerlərdə müqaviləsiz işə cəlbetmə halları aşkar edildikdə cəza tədbirləri görülür”.

Nazir xatırladıb ki, prezident İlham Əliyevin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun imzalayıb və qanun 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamaların aparılmamasını nəzərdə tutur: "Bu sahibkarlığın inkişafına stimul verir. Biz çalışırıq ki, yoxlamaları elektron sistemlər vasitəsilə edək. Yəni, məmur-vətəndaş təması olmasın. Bu sahədə çox ciddi işlər görülür. Yaxın müddətdə görülən işlərin nəticəsi açıqlanacaq”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000