• şənbə, 20 Aprel, 14:07
  • Baku Bakı 23°C

Nazir: Qazaxıstan gələcəkdə Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft nəql edə bilər

09.10.19 19:04 646
Nazir: Qazaxıstan gələcəkdə Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft nəql edə bilər
Qazaxıstan hələlik "Kaşaqan”, "Tengiz”, "Karaçaqanaq” neft yataqlarında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunması üçün kifayət qədər həcmə malik deyil, amma digər yataqlardan neft bu kəmərlə nəql oluna bilər.
Trend-in məlumatına görə, bunu Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasından sonra brifinqdə deyib.
Nazir bildirib ki, "Kaşaqan”, "Tengiz”, "Karaçaqanaq” yataqlarında hasilatın artırılacaq:
"2022-2023-cü illərdə biz "Tengiz” yatağından hasilatı ildə 12-13 milyon tona çatdırmağı planlaşdırırıq”.
O əlavə edib ki, Qazaxıstanın digər yataqlarından neftin Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəqli ildə 3-4 milyon tonadək çata bilər.
banner

Oxşar Xəbərlər