AZE | RUS | ENG |

Nazir müavini: "Almaniya şirkətləri bugünədək Azərbaycana 460 milyon dollar yatırıb"

Nazir müavini:
"2017-ci ilin 8 ayı ərzində Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dolları ötüb". "APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev AzərbaycanAlmaniya biznes forumunda çıxışı zamanı bildirib.
 
Onun sözlərinə görə, bu göstərici ölkələrimiz arasında mövcud olan potensialı tam əks etdirmir. "Bu günə qədər Almaniya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına birbaşa yatırılan investisiyaların həcmi 460 milyon dollardır. Lakin bu da potensialı tam əks etdirmir. Bu göstəricinin artırılmasına ehtiyac var və mən inanıram ki, bunu artırmağa nail olacağıq. Azərbaycan şirkətləri isə Almaniyaya bu günədək 120 milyon dollar yatırıb. Biz Almaniya iqtisadiyyatına əlavə investisiya yatırmaqda maraqlıyıqvə istiqamətdə işlər görülür", - deyə nazir müavini vurğulayıb.
 
S. Babayev bildirib ki, hazırda Azərbaycanda 200 alman şirkəti fəaiyyət göstərir. "Biz Almaniyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının artırılmasına çalışırıq. Biz Almaniyaya investisiya yatırmaq üçün araşdırmalar aparırıq", - deyə o qeyd edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000