• şənbə, 27 Aprel, 04:39
  • Baku Bakı 14°C

Nazir enerji layihələrində ABŞ-ın xüsusi dəstəyindən danışdı

01.06.16 18:59 1236
Nazir enerji layihələrində ABŞ-ın xüsusi dəstəyindən danışdı
XXIII Beynəlxalq Xəzər Neft və Qaz 2016 sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə köməkçisi Robin Dunniqanın rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycanın son 20 ildə həyata keçirdiyi enerji layihələrinin uğurla reallaşmasında ABŞ-ın xüsusi dəstəyi mühüm rol oynayıb. Nazir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək "Cənub Qaz Dəhlizi” layihəsi ilə üzrə işlərin icrasının qrafikə uyğun aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, "Şahdəniz -2” və Cənub Qafqaz Boru Kəməri üzrə işlərin 70%-nin tamamlanıb. N. Əliyev layihənin son seqmenti olan TAP-la bağlı da nikbinliyini ifadə edib. Nazir bildirib ki, "Cənub Qaz Dəhlizi” Azərbaycanla yanaşı, gələcəkdə Orta Asiya ölkələri, Misir, İraq və İrandan təbii qazın Avropa İttifaqı ölkələrinə ixracına imkan verəcək: "Hazırda Bolqarıstandan Yunanıstana birləşdirici kəmərin tikintisi gündəmdədir. Eyni zamanda, İtaliyadan onun şimal qonşularına, Albaniyadan isə Balkan ölkələrinə kəmərlərin çəkilməsi nəzərdə tutulur".

Öz növbəsində R. Dunniqan enerji sahəsində Azərbaycan-ABŞ əməkdaşlığını və "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında rolunu yüksək qiymətləndirib. Azərbaycanı enerji diversifikasiyasında, eləcə də bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərin əldə olunmasında etibarlı tərəfdaş adlandıran R. Dunniqan ölkəsinin Azərbaycana dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qlobal enerji bazarındakı son vəziyyət və digər perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər