AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazir:

Nazir: "Ən çox mənfi təsir ibtidai sinif və daha aşağı yaş təbəqələrinin sosial emosional vəziyyətlərinə olub"

Cəmiyyət
22 Yanvar 2021, 12:40 144
"Distant təhsil bu gün seçimimiz yox, daha çox verilmiş vəziyyətdə ən yaxşı həll yoludur. Təhsil Nazirliyi olaraq çətinliyə cavabımız teledərslər, virtual dərslərdir”.
 
APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
 
Nazir deyib ki, elektron dərsliklərdən istifadə sayı ötən illə müqayisədə 2 dəfə artıb, yəni şagirdlər 4 milyon dəfədən artıq bu dərsliklərə müraciət ediblər: "Təhsilin keyfiyyətinə gəldikdə, problem və mənfi zədə sosial baxımdan daha aşağı təbəqələrə dəyir, yəni ucqar kəndlərdə yaşayan şagirdlər, tələbələr daha az dəstək görmüş olur. Təhsilin keyfiyyəti vəziyyətin davam etməsi fonunda müsbət olub desək, düz olmaz, amma yenə də bilik və bacarıqları qiymətləndirmədən sonra biləcəyik. Yaranan boşluqları necə doldura biləcəyimizi görəcəyik. Ən çox mənfi təsir ibtidai sinif və daha aşağı yaş təbəqələrinin sosial emosional vəziyyətlərinə olub. Eyni zamanda bunun aradan qaldırılması üçün daha dəqiq ölçmələrdən sonra dəqiq vəziyyətini biləcəyik. Müəllimlərin emosional vəziyyəti də çox önəmlidir. Müəllimlər ayrı otaqlarda dərs deyirdi, amma bu gün onları Təhsil Nazirliyi, valideyn daha yaxşı görür, ona görə də emosional baxımdan o qədər də rahat vəziyyət deyil. Güman edirik ki, bu dövr ərzində şagirdlərdə müstəqil öyrənmə bacarığında müəyyən irəliləyiş, müsbət dinamika olub. İKT bacarığı da hamı üçün irəliyə atılan addımdır”.